SON XƏBƏRLƏR

Abxaziya Gürcüstanın tərkibinə daxil olmayacaq. Sergey Baqapş bildirib ki, bu məsələ ilə bağlı heç bir tərəflə mübarizə aparmaq niyyətində deyillər

2021.10.20, 07:36
Abxaziya Gürcüstanın tərkibinə daxil olmayacaq. Sergey Baqapş bildirib ki, bu məsələ ilə bağlı heç bir tərəflə mübarizə aparmaq niyyətində deyillər

Gunaz.tv
Abxaziya Gürcüstanın tərkibinə daxil olmayacaq Sergey Baqapş bildirib ki, bu məsələ ilə bağlı heç bir tərəflə mübarizə aparmaq niyyətində deyillər «Avropa Şurası, BMT və NATO Abxaziyanın Gürcüstanın tərkibinə daxil olmasını tələb etsə belə, bu, mümkün olmayacaq». Bunu bəyan edən tanınmamış respublikanın rəhbəri Sergey Baqapş bildirib ki, bu məsələ ilə bağlı heç bir tərəflə mübarizə aparmaq niyyətində deyillər. Onun sözlərinə görə, Avropa Şurası gürcü-abxaz münaqişəsinin nizamlanmasını öz nəzarətinə almaq istəyir və burada məqsəd Rusiyanı münaqişənin həlli prosesindən uzaqlaşdırmaqdır. Qondarma respublikanın prezidenti xüsusi vurğulayıb ki, Rusiyasız münaqişənin sülh yolu ilə həlli mümkün deyil: «İndiyə qədər Rusiya münaqişənin sülh yolu ilə həllində iştirakçı olub və bu prosesdə iştirakçı olaraq qalacaq». Sergey Baqapş onu da bildirib ki, Gürcüstanın pilotsuz kəşfiyyat təyyarəsinin Abxaziya səmasında vurulması məsələsinin BMT çərçivəsində onların iştirakı olmadan müzakirə edilməsi və iddianın Rusiyaya qarşı yönəldilməsi qarşılıqlı etimad mühitini zədələyir. ------------------------------------------------------------------------------------------ İndoneziya OPEK-dən ayrılacaq Səbəb İndoneziyanın təşkilatın öhdəliklərini yerinə yetirə bilməməsidir İndoneziya neft ixracatçıları ölkələri təşkilatı olan OPEK-dən çıxır. Bu barədə məlumatı sözügedən ölkənin energetika naziri Purnomo Yusqiantoro verib. P.Yusqiantoro paytaxt Cakartada keçirdiyi mətbuat konfransında İndoneziyanın dünya bazarına neft tədarükü ilə bağlı öhdəliyini yerinə yetirə bilmədiyini, neft istehsalının aşağı düşdüyünü və istehlakın üçdə biri qədər yanacağı xaricdən almaq məcburiyyətində qaldığını bildirib: “Biz rəsmi olaraq bəyan etmişik ki, OPEK-i tərk edirik. Artıq siz hesab edə bilərsiniz ki, biz qurumdan çıxmışıq. Biz artıq neftin idxalçısına çevrilmişik. İndi biz istehsalçı ölkədən daha çox istehlakçı dövlətik. Bu gün OPEK təmiz neft ixracatçılarından ibarətdir”,- deyə İndoneziyanın energetika naziri Purnomo Yusqiantoro qeyd edib. 1962-ci ildə yaradılan OPEK təşkilatının Cənub Şərqi Asiya ölkələrindən yeganə təmsilçi İndoneziya dövləti idi. Digər 12 dövlət isə Afrika, Cənubi Amerika və Yaxın Şərqi təmsil edir. Qeyd edək ki, neftdən gələn böyük gəlirlər İndoneziyadan yan keçir. Belə ki, aprel ayında OPEK üzvləri sutkada 31 milyon barrel, İndoneziya isə cəmi 0.8 milyon barrel neft hasil edib. Ötən il qara qızılın qiymətinin yüksək olması səbəbindən OPEK təşkilatına üzv ölkələr 435 milyard avro qazanıb, İndoneziya isə 2,6 milyard avro itki ilə üzləşib. Beləliklə, OPEK-ə formal üzvlük digər istehlakçı ölkələr kimi İndoneziyanı da daxili problemlərdən xilas etməyib. Hakimiyyət yanacaq subsidiyalarından imtina edib. Bundan bir ay sonra isə benzinin qiymətində 30 faizlik bahalaşma qeydə alınıb. Bununla da ölkədə etiraz aksiyaları başlayıb. Proqnozlara görə, bu il İndoneziya yanacağın alınmasına ümumi seçkilərin keçirilməsinə çəkilən xərclərdən çox- 13 milyard avro xərcləyəcək. (anspress)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar