Azərbaycan QHT-ləri Pezeşkianı İranda azərbaycanlıların ana dilində təhsil alması üçün təşəbbüs göstərməyə çağırıb - AÇIQ MƏKTUB
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Azərbaycan Respublikasından İran adlanan xalqlar həbsxanasına və əks istiqamətə ünvanlanan müxtəlif ittiham, qınaq və yumşaq hədələrlə müşaiyət olunan "açıq məktub"lar bir-birini əvəz edir. Bu yazışmalar bizə artıq tarixin arxivinə gömülmüş Sovet İmperiyasının can üstə olduğu illərdə baş verən prosesləri xatırlatsa da (Qorbaçova, Zorri Balayana, Silva Kaputikyana və başqalarına ünvanlanan açıq məktubları nəzərdə tuturuq), düşüncələrimizin ifadəsi üçün məhz bu janrdan istifadə etmək qərarına gəldik. Təbii ki, Güney Azərbaycan türklərinə qarşı basqı və təzyiqləri öz siyasətinin ana xətti hesab edən şovinist fars-molla rejiminə, onun ideoloji və siyasi liderlərinə müraciət etmək niyyətindən çox uzağıq. Məhz bu baxımdan, Açıq Məktubumuzun hədəfi, İran adlanan ölkənin aparıcı xalqı olan, sivil dünyadan təcrid edilmiş bu totalitar dövlətə öz qanı və canı bahasına yaşam qarantı verən Azərbaycan türkləridir! Əziz soydaşlarımız! Din pərdəsi arxasında zülm və istibdad siyasəti yürüdən, İslamın və bütün mütərəqqi bəşəriyyətin minillər boyu formalaşdırdığı, qoruduğu humanizm prinsiplərinə, əxlaqi və mənəvi dəyərlərə, insan hüquq və azadlıqlarına meydan oxuyan amansız rejimin girovuna çevrilmiş Güney Azərbaycanın qəhrəman Türk milləti! Sizə istibdad və məşəqqətlər içərisində boğulan, zülmün, ədalətsizliyin ərşə dirəndiyi, mövhümatın idraka meydan oxuduğu Qoca Şərqdə yoxdan bir dövlət yaradan, onu Avropanın belə həsəd aparacağı demokratik ənənələrə, əsil xalq hakimiyyətinin prinsiplərinə uyğun inkişaf etdirən babalarımızın bizə bəxş etdiyi Müqəddəs İstiqlal Günü ərəfəsində müraciət etməyimiz təsadüfi deyil. 90 il öncə erməni-rus hərbi birləşmələrinin onminlərlə insanımızı qətlə yerirərək işğal etdiyi Azərbaycan adlanan qədim türk coğrafiyasının quzeyində az qala barmaqla sayılacaq aydınların, fikir və söz adamlarının misilsiz şücaəti, qətiyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Vətən sərhədlərindən kənarda Azərbaycan Milli Şurası tərəfindən elan olunan İstiqlal Tiflisdən Gəncəyə, daha sonra isə xilaskar Qafqaz Türk-İslam Ordusunun şanlı əsgər və zabitlərinin qanı və canı hesabına Bakıya qədəm qoydu və tezliklə Quzey Azərbaycanın bütün əraziləri üzərində nəzarəti ələ aldı. Bayraqların ən gözəlini başımız üzərində dalğalandırdı, İstiqlal marşlarının ən möhtəşəmini dilimizə, könlümüzə, qan yaddaşımıza əbədi miras qoydu. Tarixin ağır dönəmində, imperiyaların, qəzəbli və azğın güclərin diş-dişə gəldiyi bir zamanda mövcudluğunun hər anını döyüşlərdən keçirərək 23 aylıq qəhrəmanlıq səlnaməsi yaşadı. Quzey Azərbaycan torpaqları "bolşevizm" adı altında yenidən dirçələn rus şovinizminin işğalına məruz qalsa da məhz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mövcudluğu Vətənimizin Rusiyanın əyalətlərindən birinə çevrilməsinə imkan vermədi. Rus-sovet imperiyasının nəhəng və amansız repressiya maşını 70 il milli şüurumuza meydan oxudu, düşünən başlarımızı, danışan dillərimizi, vuran əllərimizi kəsdi. Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu Azadlıq və Milli İstiqlal məfkurəsini qan yaddaşımızdan silə bilmədi. Bu məfkurənin üzərində yenidən dirçəldik, yenidən bayraqların ən gözəlini başımız üzərinə qaldırdıq! Tanrının bizə bəxş etdiyi nemətlərdən ən dəyərlisinə - İstiqlalımıza qovuşduğumuza baxmayaraq, ruhumuz hələ də rahatlıq tapmayıb. Quzey Azərbaycan torpaqlarının 20 faizi tarixi torpaqlarımızda Rusiya, Fransa və bu kimi Türk soyuna qənim kəsilən güclərin yaratdığı Ermənistan adlanan qondarma bir dövlətin və onu himayə edənlərin işğalı altındadır. Güney Azərbaycan İran adlanan bir ölkənin idarəçiliyini ələ keçirən şovinist rejimin basqısı altında inləyir. Vətənimizi ostanlara bölənlər insanlığa qənim kəsilən rəzil imperiyaların "parçala, höküm sür" siyasətini davam etdirir, sayı 50 milyondan çox olan bir millətin yeganə dövlətini gözdən salmağa, bizi qarşı-qarşıya qoymağa çalışır, düşmənlərimizin güclənməsinə səy göstərirlər. Bu gün Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasında İranın fars-molla rejiminin "xidmətləri" danılmazdır. Ermənistanda keçirilən seçki kampaniyası müddətində bu ölkənin həm iqtidar, həm də müxalifətdən olan siyasətçiləri müharibə dövrünü misal gətirərək, İranla həmsərhəd ərazidə yerləşən, tarixi Azərbaycan torpağı olan Meğri rayonunu Ermənistan üçün "həyat yolu" adlandırırdılar. İranın fars-molla rejimi Azərbaycan ərazilərini işğal edən, onminlərlə soydaşımızı amansızcasına qətlə yetirən, yüzminlərlə insanımızı öz yurd-yuvasından didərgin salan, bəşər tarixində misli görünməmiş bir faciəyə - Xocalı soyqırımına qanlı imza atan Ermənistanın öz təcavüzkar siyasətini davam etdirməsinə yardım göstərməklə, bu ölkənin cinayətlərinə şərik olub. İranın mövcud rejimi bu gün də Ermənistan üçün "həyat yolu" funksiyasını məmnuniyyətlə yerinə yetirir, işğalçı ölkə ilə siyasi, hərbi, iqtisadi və digər sahələrdə, eləcə də qəsb olunmuş Azərbaycan torpaqlarının sərvətlərinin istismar olunmasında ən yaxın müttəfiq kimi əməkdaşlıq edir. Bununla yanaşı, İranın fars-molla hakimiyyəti ölkə ərazisində məskunlaşan bir ovuc erməninin təhsil, mədəniyyət və digər sahələrdə milli azadlıqlarını tanıdığı halda, 35 milyonluq Azərbaycan türkünün ən adi haqlarına belə qanlı sipər çəkir, millətimizi assimilyasiya etməyə, "iranlı" adlanan cəfəng bir ideyanın altında farslaşdırmağa cəhd göstərir. Dəyərli soydaşlarımız! May ayı təkcə Azərbaycan Respublikası üçün yox, həm də Güney Azərbaycan türkləri üçün müqəddəs başlanğıclar ayıdır. Təsadüfi deyil ki, 2 il öncə Vətənimizin güneyində başlayan Milli Azadlıq Hərəkatının təşəkkül tapması, milli oyanışın ilk mərhələsinə qədəm qoyması da məhz bu aya təsadüf edir. ...Rejim amansızdır, qəddardır, ancaq əbədi deyil! Bu dünya Heron, Hitler, Stalin və onlar kimi bəşər tarixinin lənətlənmişlər siyahısında yer alan yüzlərlə şər hökmdarlarına qalmadığı kimi, Sizinlə yanaşı İran adlı ölkədə, öz tarixi torpaqlarında yaşayan digər xalqlara da iztirab verən rejimə də qalmayacaq. Yetər ki, dilimizi, qan yaddaşımızı, milli-mənəvi dəyərlərimizi, milli kimliyimizi və ən nəhayət, birliyimizi qorumağı bacaraq! Güney Azərbaycanın qəhrəman xalqı! Sayı 35 milyon olan bir millətin yaşadığı ölkəni idarə edən rejimin Sizin soydaşlarınızın qurduğu dövlətin ərazilərini işğal altında saxlayan bir ölkə ilə nəinki yüksək səviyyədə əməkdaşlığa, hətta ünsiyyətə belə cəsarət etməsi anlaşılan deyil. Bu gün İran adlı ölkəni misli görünməmiş totalitar üsullarla idarə edən fars-molla birliyinin Ermənistana verdiyi dəstəyin qarşısının alınması işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi üçün mühüm əhəmiyyət kəsb edən amillərdən biri kimi dəyərləndirilməlidir. Çünki işğalçı ölkənin digər himayədarı - Rusiya ilə ortaq sərhəddi yoxdur və İran-Ermənistan sərhədlərinin qapadılması ən azı təcavüzkarın "həyat yolu"ndan məhrum olması deməkdir. Əziz soydaşlarımız! Şərəfli tariximiz, misilsiz mədəniyyətimiz, böyük dövlətçilik ənənələrimiz, yenilməz milli ruhumuz heç bir halda haqlarımızın özgələr tərəfindən müəyyənləşdirilməsinə, torpaqlarımızın işğal edilməsinə zəmin yaratmır. Biz Millət olaraq bu rəzalətə layiq deyilik və qarşımızdakı gücün kimliyindən asılı olmayaraq, qarşımıza atılan süni maneələri yarıb keçməli, var olduğumuzu sübuta yetirməliyik. Bu məktubu ötən əsrin 60-70-ci illərində Quzey Azərbaycan türklərinin yatmış şüurundakı bütövlük toxumalarını yenidən oyadan böyük şair Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından seçdiyim bir bənd şeyirlə yekunlaşdırırıq: Qoy qalxsın ayağa ruhu Təbrizin, Babəkin qılıncı parlasın yenə! Onlar bu şərtlərlə sözünü desin: Zənciri kim vurdu şir biləyinə?! İndi zəncirləri qırmağın, torpağına, millətinə və öz iradəsinə hakim olmanın zamanıdır. "Qarabağın azadlığı Təbrizdən keçir", - deyirdi Əbülfəz Elçibəy... İstibada, işğala son qoymanın yolu isə sözdə, fikirdə, işdə birliyimizdən, bütövlüyümüzdən keçir. Qəzamız mübarək olsun! "Xalq Cəbhəsi" qəzeti
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi