SON XƏBƏRLƏR

Putin Obama ilə danışıqların alınmadığını bildirib

2021.10.20, 07:36
Putin Obama ilə danışıqların alınmadığını bildirib

Gunaz.tv
GünAz TV: Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq müzakirə forumunun plenar iclasında qeyd edib ki, Suriyada qan tökülməsinin dayandırılması hələlik mümkün deyil.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rusiya dövlət başçısı Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama ilə şəxsi danışıqların nəticəsiz qaldığını bəyan edib.

“Uzun müddət aparılan danışıqlar, böyük əziyyətlər və çətin güzəştlərdən sonra terrorçulara qarşı mübarizədə birgə cəbhənin formalaşması gözlənilirdi, lakin bu baş vermədi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə şəxsi danışıqlarımız da alınmadı”, - Putin əlavə edib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar