SON XƏBƏRLƏR

Rusiyanın hərbi gəmiləri Suriyaya yola düşüb

2021.10.20, 07:36
Rusiyanın hərbi gəmiləri Suriyaya yola düşüb

Gunaz.tv
GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Rakka əməliyyatı”nın planlarını cızdığı bir vaxtda Rusiyadan sürpriz həmlə gəlib.

ATV.az xarici mənbələrə istinadən xəbər verir ki, Rusiya, Suriya və İranın hərbi qüvvələri Rakkanı azad etmək üçün hərəkətə keçməyə hazırlaşır. İddia edilir ki, Moskva İŞİD-in qalasına hücum etmək üçün Suriyaya əlavə hərbi texnikalar cəmləşdirir.

Məlumata görə, La-Manş boğazını keçərək Ağ dənizə doğru irəliləyən Rusiyaya məxsus hərbi gəmilərin məhz bu məqsədlə bölgəyə doğru istiqamət aldığı deyilir.

Ekspertlərin fikrincə, Moskva Vaşinqtondan əvvəl Suriyanın ən böyük neft yataqlarının yerləşdiyi bölgəni ələ keçirərək, Suriya ordusunun nəzarətinə vermək niyyətindədir.

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar