SON XƏBƏRLƏR

Obama Ərdoğana zəng vurub – İraq müzakirəsi

2021.10.20, 07:36
Obama Ərdoğana zəng vurub – İraq müzakirəsi

Gunaz.tv
GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama arasında telefon danışığı olub.

Türkiyə mətbuatında yayılan məlumata görə, tərəflər arasında 1 saat 25 dəqiqə davam edən telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

 Telefon danışığı zamanı başda Suriya və İraq olmaqla bölgədə İŞİD-ə qarşı mübarizə məsələsində qətiyyətli olduqlarını təsdiq edərək, Şimali İraqda PKK-nın məskunlaşmasının qarşısının alınmasında ortaq mövqe sərgiləyib, İraqın suverenliyi və ərazi bütövlüyünü tanıdıqlarını deyiblər.

 Prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.

 Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb.

 Öz növbəsində Ərdoğan İŞİD və PKK daxil olmaqla bölgənin bütün terror qruplaşmalarından təmizlənməsinin vaciliyini diqqətə çatdırıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar