SON XƏBƏRLƏR

İŞİD terrorçuları Mosulda 232 dinc sakini edam edib

2021.10.20, 07:36
İŞİD terrorçuları Mosulda 232 dinc sakini edam edib

Gunaz.tv
GünAz TV: İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bildirib ki, terrorçuların Neynəva əyalətində vəhşiliklər törətməkdə davam edirlər.

Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar