SON XƏBƏRLƏR

Azərbaycan hərbçiləri Əfqanıstandan geri qayıtdı

2021.10.20, 07:36
Azərbaycan hərbçiləri Əfqanıstandan geri qayıtdı

Gunaz.tv
GünAz TV: NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan ordusunun 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti (əfsər) Əfqanıstandakı missiyada iştirak edir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar