SON XƏBƏRLƏR

İran rəsmisi: “Rusiya, S-300 sisteminin verilməsi ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib”

2021.10.20, 07:36
İran rəsmisi: “Rusiya, S-300 sisteminin verilməsi ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib”

Gunaz.tv
 GünAzTV: İranın Moskvadakı səfiri Mehdi Sənai oktyabrın 26-da jurnalistlərə açıqlamasında Rusiyanın hava hücumundan müdafiə sistemi S-300 raketlərin ölkəyə təhvil verilməsinin başa çatmasından danışıb.

Mehdi Sənai deyib ki, Rusiya S-300 sistemi ilə bağlı İran qarşısında üzərinə götürdüyü bütün öhdəliklərə əməl edib: “Bu sistem artıq tamamilə ölkəmizə təhvil verilib və hər şey təmin edilib. Bu iş artıq bitib”.

Rəsmi Tehran, hava hücumundan müdafiə sistemi sayılan S-300 raketlərinin mükəmməl kompleksini almaq üçün Rusiyaya 900 milyon dollar ödəməlidir. Bu isə iki ölkə arasında imzalanmış əvvəlki müqavilədə qeyd olunduğundan 100 milyon dollar çoxdur. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar