SON XƏBƏRLƏR

Məşhur “Quran qarisi”ndən şikayətçi ailələr onun törətdiyi cinayət əməlinə baxılmasına israr edir

2021.10.20, 07:36
Məşhur “Quran qarisi”ndən şikayətçi ailələr onun törətdiyi cinayət əməlinə baxılmasına israr edir

Gunaz.tv
 GünAzTV: İranda azyaşlı uşaqları aldatmaqda, onlarla cinsi əlaqəyə girməkdə və zorlamaqda günahlandırılan məşhur “Quran qarisi” Səid Tusidən şikayətçi olan yeniyetmələr və onların valideyinləri onun 5 ildir ört-basdır edilən dosyesinə və törətdiyi cinayət əməlinə baxılmasına israr edir.

Adının açıqlamasını istəməyən həmin şikayətçi ailələrdən biri, oktyabrın 26-da “fars” agentliyinin saytında dərc etdirdiyi bir açıq məktubda bu cinayəti ifşa edən “Amerikanın səsi” ni “böyük şeytanın çürümüş səsi” adlandıraraq, digər şikayətçilərin məsələ ilə bağlı bu telekanala verdiyi açıqlamaları məhkum edib: “Lakin hesab edirik ki, son günlər məsələnin ifşa olunması ilə bağlı ölkədə yaranan qalmaqal və şikayətçilərin “Amerikanın səsi”nə müsahibə vermələri, rəsmilərin bu cinayət işinə baxılmasını uzun müddət yubatması və onu ört-basdır etməsi ilə əlaqədardır.

Biz, xarici düşmənin və əcnəbi medianın bu məsələdən su-istifadə etməsinin qarşısını almaq üçün, müqəddəs İran İslam Respublikası sisteminin qorunub saxlanılmasına və onun dini lideri ayətullah Xamneyiyə hələ də inandığımızı bildiririk. Lakin bununla yanaşı, həm də “Quran qarisi”ndən şikayətimizə təkid edir, onun işinə baxılmasını tələb edirik”. 

Qeyd edək ki, son günlər, İranın dini lideri Əli Xamneyinin 46 yaşlı şəxsi “Quran qarisi”,  Səid Tusinin “Quran” oxumağı öyrənmək məqsədilə onun yanına gələn azyaşlı və yeniyetmə uşaqlarla cinsi əlaqəyə girməsinin və  onları aldadaraq zorlaması  xəbərinin ifşa olunması, ölkə ictimaiyyətində böyük rezonans və rusvayçılığa səbəb olub.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar