SON XƏBƏRLƏR

“İş qüvvəsi bölgədən köç etdiyinə görə Şərqi Azərbaycanda işsizlik səviyyəsi aşağı görünür”

2021.10.20, 07:36
“İş qüvvəsi bölgədən köç etdiyinə görə Şərqi Azərbaycanda işsizlik səviyyəsi aşağı görünür”

Gunaz.tv
GünAz TV: “İş qüvvəsi bölgədən köç etdiyinə görə Şərqi Azərbaycanda işsizlik səviyyəsi aşağı görünür, adambaşına düşən gəlir isə ölkənin orta hesabından aşağıdır”. Bu sözləri Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi oktyabrın 26-da Təbrizdə Müqavimət İqtisadiyyatı mövzusu ilə bağlı keçirilən tədbirdə deyib.

“Bizim iqtisadiyyatımız dayanıqlı olsaydı, o zaman müqavimət iqtisadiyyatı mövzusuna ehtiyac olmazdı. Əgər bir binanın dayanıqlılığından söhbət gedirsə, demək ki, o bina dayanıqsız və təhdid altındadır. Şərqi Azərbaycan iqtisadiyyatını 17% əkinçilik, 32% sənaye və 46% ümumi xidmətlər təşkil edir. İş qüvvəsi isə bölgədən köçür, buna görə də Şərqi Azərbaycanda işsizlik səviyyəsi aşağı görünür”- deyə Davud Behbudi bildirib.

Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi əhalinin işsizlikdən bölgəni tərk etməsi məsələsinə də toxunub. “2000-ci ildən 2013-cü ilədək (hicri-şəmsi təqvimi ilə 1379-cu ildən 1392-ci ilədək) vilayətdə adambaşına düşən gəlir azalıb və ölkənin orta hesabından aşağı olub. Əgər bölgədən köçlər olmasaydı adambaşına düşən gəlirin vəziyyəti daha da pis olardı. Bütün bunlar o halda baş verir ki, Şərqi Azərbaycan vilayəti mədən ehtiyatları üzrə birinci və onların hasilatı üzrə dördüncü yerdədir. Bu o deməkdir ki, ölkənin mədən ehtiyatlarının 18 faizi Şərqi Azərbaycandadır. Biz şəraitə uyğun olaraq dayanıqlı bir iqtisadiyyat qurmalıyıq”- deyə o vurğulayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar