SON XƏBƏRLƏR

“Urmu gölünü təhdid edən əsas amil büdcə məsələsidir” - İsa Kəlantəri

2021.10.20, 07:36
“Urmu gölünü təhdid edən əsas amil büdcə məsələsidir” - İsa Kəlantəri

Gunaz.tv
GünAz TV: “Hazırda Urmu gölünü təhdid edən əsas amil, büdcə məsələsidir”. Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi Ətraf-Mühit və Azad Universiteti mütəxəssislərinin təşəbbüsü ilə Urmu gölünün canlandırılması mövzusunda keçirilən iclasda bildirib.

“Prezident Həsən Ruhaninin seçki şüarlarından biri Urmu gölünün canlandırılması olub, bu əsasda onun hakimiyyətində Urmu Gölünü Canlandırma Mərkəzi yaradıldı və gölün bir il müddətində canlandırılmasına qərar verildi. Bundan sonra elmi araşdırmalara başlandı və biz 6 ay müddətində araşdırma işləri ilə ciddi məşğul olduq. Əlbəttə ki, araşdırmalar yenə də davam edir. Sonra isə icra orqanlarının istiqamətini və yanaşmasını dəyişmək üçün onları qane etməyə və bu kimi digər işlərə ehtiyac var idi. Bütün bunlar da həyata keçirildi və artıq icra orqanları gölün canlandırılması istiqamətində hərəkət edirlər. Lakin hal-hazırda Urmu gölünü təhdid edən əsas amil büdcə məsələsidir”- deyə İsa Kəlantəri bildirib.

Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi gölün canlandırılmasının maliyyə baxımından əhəmiyyətinə də toxunub. “Urmu gölünün quruması ölkəyə 1000 milyard dollar ziyan vuracaq. Lakin onun canlandırılmasına təxminən 6,7 milyard dollar lazımdır. Bu rəqəmlər gölün canlandırılmasının sərfəli və çox vacib olduğunu göstərir”- deyə o vurğulayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar