SON XƏBƏRLƏR

Təbrizdə eyni gündə iki görüş keçiriləcək: “Traxtur”-“Qostəreşe fulad” və “Maşınsazi”-“Peykan”

2021.10.20, 07:36
Təbrizdə eyni gündə iki görüş keçiriləcək: “Traxtur”-“Qostəreşe fulad” və “Maşınsazi”-“Peykan”

Gunaz.tv
GünAz TV: Təbrizdə eyni gündə iki önəmli futbol yarışı keçiriləcək. Təbriz dərbisində bu şəhərin “Traxtur” və “Qostəreşe fulad” komandaları qarşılaşacaq, digər yarışda isə Təbrizin “Maşınzasi” takımı Tehranın “Peykan” komandasını   qəbul edəcək.

İran üzrə futbol klublarının super liqa yarışlarının 10-cu həftəsində Təbrizin “Traxtur” və “Qostəreşe fulad” komandaları  oktyabrın 27-i yerli vaxtla saat 14:45-də “Bonyan-i dizel” stadionunda qarşılaşacaq. “Maşınsazi”-“Peykan” qarşılaşması isə eyni gündə yerli vaxtla saat 15:00-da “Traxtur”un xüsusi stadionunda başlayacaq.

“Traxtur”-“Qostəreşe fulad” qarşılaşmasını GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, qrafikə uyğun olaraq 10-cu həftənin yarışları oktyabrın 27-i və 28-də keçirildiyi üçün Təbriz görüşlərinin biri oktyabrın 28-də keçirilə bilərdi, lakin İran Liqa Təşkilatının çıxardığı məqsədyönlü qərar buna imkan verməyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar