SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 5 adam dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 5 adam dara çəkilib

Gunaz.tv
 GünAzTV: İranda narkotik maddələri satışı və qaçaqmalçılığında günahlandırılan daha 5 adam edam edilib.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ölüm hökmünün icrasına hazırlıq məqsədilə ötən şənbə təkadamlıq kameralara köçürülən müttəhimlər, Səid Purhəsən, Milad Bigdelu, Mehrşad Kəlhori, Ayət Rudbari və Möhsün Cəmali oktyabrın 25-i sübh saatlarında İranın Kərəc şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilənlərin məhkəmə prosesi haqa hər hansı bir məlumat yayılmayıb. Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar