SON XƏBƏRLƏR

İran daxili işlər naziri: “Növbəti seçkilərdə Ruhaninin prezidentliyə namizədliyini irəli sürməsi qətidir”

2021.10.20, 07:36
İran daxili işlər naziri: “Növbəti seçkilərdə Ruhaninin prezidentliyə namizədliyini irəli sürməsi qətidir”

Gunaz.tv
 GünAzTV: İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli, oktyabrın 25-də jurnalistlərə açıqlamasında İran prezidenti Həsən Ruhaninin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyindən və seçkinin sağlam keçirilməsi üçün ona verdiyi tapşırığından danışıb.

Əbdülrza Rəhmani Fəzli bildirib ki, Ruhani, Daxili İşlər Nazirliyindən növbəti prezident seçkilərinin qanuni, şəffaf və sağlam bir şəraitdə keçirilməsini və hər hansı bir qanun pozuntusuna yol verilməməsini tələb edib: “Ruhaninin növbəti prezident seçkilərində namizədliyini irəli sürməsi qətidir. O deyib ki, seçkilər prosesində hökumət qurumlarının bitərəf qalması onun üçün mühümdür və buna riayət edilməlidir”.

Bundan əvvəl hakimiyyətin mühafizəkarlar (üsulçular) qanadına bağlı bəzi rəsmilər və media qurumları, Ruhaninin prezidentlik müddətinin həmin mərhələdə bitəcəyini, onun ikinci dəfə prezident seçilməyəcəyini bildiriblər. Mühafizəkarlara bağlı bəzi media orqanları isə növbəti seçiklərdə Səid Cəlili, Məhəmmədrza Bahünər, Qulaməli Həddad Adil, Məhəmmədbağır Qalibaf, İzzətulla Zərqami və Əhməd Təvəkkülinin Ruhaninin mümkün rəqibləri olacağını bildirsələr də, onlardan ikisi, yəni Əhməd Təvəkküli və İzzətulla Zərqami ayrı-ayrılıqda bəyanatlar səsləndirərək bildiriblər ki, onlar növbəti seçkilərdə prezidentliyə namizədliklərini irəli sürmək niyyətində deyillər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar