SON XƏBƏRLƏR

Antalyada güclü partlayış baş verib – VİDEO

2021.10.20, 07:36
Antalyada güclü partlayış baş verib – VİDEO

Gunaz.tv
GünAz TV: Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının Çevreyolu rayonu ərazisində yerləşən binasında partlayış olub.

Oktyabrın 25-i səhər saatlarında baş verən hadisədə yaralananlar var.

Hadisə yerinə xeyli sayda təcili yardım avtomobilləri, xilasetmə dəstələri və polis qrupları cəlb olunub.

Partlayışın səsi o qədər güclü olub ki, o, şəhər mərkəzində də eşidilib.

CNN müxbirinin məlumatına əsasən, partlayışın baş verdiyi dayanacaqda nəqliyyat vasitələrindən biri tamamilə parçalanıb.

Partlayışın dəqiq olaraq səbəbləri bilinməsə də, onun terror aktı olduğu ehtimal edilir.

https://www.youtube.com/watch?v=VhdwSNqkoW0

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar