SON XƏBƏRLƏR

Pakistanda polis akademiyasına hücum olub: 59 ölü

2021.10.20, 07:36
Pakistanda polis akademiyasına hücum olub: 59 ölü

Gunaz.tv
GünAz TV: Oktyabrın 24-də gecə vaxtı “Kalaşnikov” avtomatı və qumbaralarla silahlanan bir qrup terrorçunun Pakistanın Kvetta şəhərindəki polis akademiyasına hücumu nəticəsində 59 adam həlak olub, 100-dən çoxu yaralanıb və təxminən 200 nəfər girov götürülüb. Terrorçular polis kollecinə daxil olaraq ətrafdakılara atəş açıblar.

Bundan başqa, məktəbdə iki partlayış törədilib. Üçüncü partlayışın qarşısı isə alınıb. Məlumatlara görə, hücum zamanı kollecdə yüzlərlə tələbə olub. Girov götürülən tələbələrin azad olunması üçün hadisə yerinə ordu birləşmələri gəlib. Keçirilən əməliyyatda bütün tələbələr azad olunub. Əməliyyat 5 saata yaxın davam edib. Qanlı hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Polis hadisənin “Taliban” qruplaşmasına daxil olan “Laşkar-e Canqvi” terror dəstəsinin törətdiyini ehtimal edir. Başqa bir xəbərə görə, Çinin Şensi əyalətində binaların birində baş verən güclü partlayışda 14 nəfər ölüb, 147-si yaralanıb. Onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir. Ərazidə axtarış xilasetmə işləri başa çatdırılıb. Partlayış dalğasından ətrafdakı onlarla evə və 63 avtomobilə ciddi ziyan dəyib. Partlayışın səbəbləri məlum deyil. N.S 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar