SON XƏBƏRLƏR

İranda daha 5 adam edam edilib

2021.10.20, 07:36
İranda daha 5 adam edam edilib

Gunaz.tv
 GünAzTV: İranda cinsi təcavüzdə və qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 5 adam edam edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, cinsi təcavüzdə günahlandırılan 3 adam, soyadları mediaya açıqlanmayan Rza, Məhəmməd və Haşım adlı müttəhimlər oktyabrın 24-ü sübh saatlarında İranın Şiraz şəhərində dara çəkilib.

Həmin gün qətldə günahlandırılan Həsən və Möhsün adlı iki qardaş, İranın Əhvaz şəhərinin Sepidar zindanında dar ağacından asılıb. Edam edilən qardaşlar, 6 il əvvəl ölkənin Abadan şəhərinin Seliç məntəqəsində iki böyük tafa arasında baş verən silahlı qarşıdurmada iki nəfərin qətlində günahlandırılıb.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar