SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili Ağdərə mədəninin 17 işçisi haqda çıxarılan şallaq hökmünün məqsədyönlü olduğunu iddia edib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili Ağdərə mədəninin 17 işçisi haqda çıxarılan şallaq hökmünün məqsədyönlü olduğunu iddia edib

Gunaz.tv
GünAz TV: 2014-cü ildə 350 işçinin Qərbi Azərbaycan Vilayətində yerləşən Tikantəpə şəhərinin Ağdərə mədənindən qovulması, işçilərin kütləvi etiraz aksiyasına səbəb oldu. Həmin askiya zamanı etirazçılardan bir neçəsi intihara cəhd etmişdir. İşəgötürənin şikayəti ilə Qərbi Azərbaycan məhkəmələrində pul cəriməsi və şallaq cəzasına məhkum edilmiş 17 mədən işçisinin hökmünün ötən aylarda icra edilməsi, insan haqları qurumlarının geniş etirazına səbəb olmuşdur.

17 fəhləyə 30-100 arası şallaq zərbsi vurulmasına dair xəbər mayın 25-də İLNA (Iranian Labour News Agency) agentliyi tərəfindən nəşr edildikdən sonra, məsələ mətbuatın gündəminə düşdü.

Bu dəfə Qoşaçay, Sayınqala və Tikantəpənin İran parlamentindəki millət vəkili parlamentin xəbər agentliyi ilə danışıqda 17 mədən işçisi haqda çıxarılan şallaq hökmünün məqsədyönlü və siyasi qərar olduğunu iddia edib. “Bu dosyedə birtərəfli baxış var və məsələ müəyyən qədər siyasiləşdirilib. Prokurorluğun şikayətində qeyd olunub ki, işçilərin hərəkəti milli təhlükəsizlik və ölkənin ümumi mənafeyinə ziddir. Lakin bu mümkün deyil! Hadisə şəhərdən 40 kilometr uzaqda baş veribsə, bu milli təhlükəsizliyə necə zidd ola bilərki?!”- deyə Humayun Haşimi bildirib.

Millət vəkili sözlərinin davamında sözügedən dosyedə müəyyən  müdaxilələrin olduğunu və bu məsələnin məqsədyönlü şəkildə siyasiləşdirildiyini diqqətə çatdırıb.

O vurğulayıb ki, bütün hallarda məsələ ilə bağlı araşdırmalar davam edir və bu barədə yaxın gələcəkdə parlamentdə məsələ qaldırılacaq.

Qeyd edək ki, sözügedən mədən işçiləri məhkəmədə “hay-küy və qışqırıqla xalqın iş və fəaliyyətinə mane olmaq”, “şirkətin gözətçisini təhqir etmək”, “şirkətin gözətçisini saxlayıb və geyiminə xəsarət vermək” və “şirkətin lövhəsini qəsdən təxrib etmək” ittihamları ilə günahlandırılıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar