SON XƏBƏRLƏR

Urmu gölünün adı Urmiyənin “Şəhrdari” voleybol komandası oyunçularının geyimi üzərində əks olunub

2021.10.20, 07:36
Urmu gölünün adı Urmiyənin “Şəhrdari” voleybol komandası oyunçularının geyimi üzərində əks olunub

Gunaz.tv
GünAz TV: Urmu gölünün adı Urmiyənin “Şəhrdari” voleybol komandası oyunçularının geyimi üzərində əks olunub. Bu, komanda tərəfdarlarının klub məsullarından tələbi əsasında həyata keçirilib.

Bundan öncə isə oxşar qərar Təbrizin “Traxtur” futbol klubu tərəfindən verilib və hazırda “Traxtur” oyunçularının geyimi üzərində Urmu gölünün adı əks olunur.

Məlumata görə, son vaxtlar Urmiyənin “Şəhrdari” voleybol komandasının tərəfdarları, bu klubun məsullarından Urmu gölünün adı və loqosunun voleybolçuların geyimi üzərində əks olunmasını istəyiblər. Klub rəhbərliyi müraciətləri nəzərə alaraq komanda tərəfdarlarının tələbi ilə razılaşıb və artıq Urmu gölünün adı və loqosu super liqa yarışlarının birinci görüşündə voleybolçuların geyimi üzərində əks olunub.

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar