SON XƏBƏRLƏR

Daha bir ölkədə siyasi böhran: Qırğızıstan hökuməti istefaya getdi

2021.10.20, 07:36
Daha bir ölkədə siyasi böhran: Qırğızıstan hökuməti istefaya getdi

Gunaz.tv
GünAz TV: Qırğızıstanda hökumət istefaya getməyə məcbur olub.

Məlumata görə, Sosial Demokrat Partiyası hakim koalisiyadan çıxıb. Bunu jurnalistlərə açıqlamasında partiyanın lideri İsa Omurkulov söyləyib. Onun sözlərinə görə, bu addımın atılmasına koalisiyaya daxil olan digər partiyalarla yaşanan fikir ayrılığı səbəb olub.

Qırğızıstan konstitusiyasına əsasən, koalisiyadan bir partiyanın çıxması onun dağılması deməkdir. Belə olan halda hökumət istefaya getməli və yeni kabinet formalaşdırılmalıdır.

Xatırladaq ki, Qırğızıstanda parlament seçkiləri ötən ilin oktyabrında keçirilib. İndiki baş nazir Sooronbay Jeenbekovun rəhbərlik etdiyi hökumət isə 2016-cı ilin aprelində formalaşdırılıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar