SON XƏBƏRLƏR

İraq neft hasilatını azaltmayacaq

2021.10.20, 07:36
İraq neft hasilatını azaltmayacaq

Gunaz.tv
GünAz TV: İraq neft hasilatını azaltmaq niyyətində olmadığını bildirib.

Bu barədə danışan İraq Dövlət Neft Marketinq Təşkilatının (SOMO) rəhbəri Falah əl-Əmri bildirib ki, İraq hazırda əldə olunan gündəlik 4,7 mln. barrel hasilat həcmini azaltmaq fikrində deyil. O bildirib ki, neft hasilatının həcmi ölkənin müstəqilliyinin zəmanətidir.

Neft naziri C. əl-Laibi isə neft ölkələri və OPEC-i İraqın neft hasilatının azaldılması və ya dondurulması ilə bağlı görüşlərdə iştirak etməməsi üçün icazə verməyə çağırıb. Belə ki, onun ölkəsi İŞİD qruplaşması ilə mübarizə aparır.

Onun sözlərinə görə, İraq da Liviya (Libi) və Nigeriya kimi imtiyazlara sahib olmalıdır. Bununla yanaşı nazir qeyd edib ki, İraq tərəfi gərginlik yaratmaq istəmir və təklifini OPEC-ə "müsbət atmosfer"də çatdırmağı planlaşdırır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar