SON XƏBƏRLƏR

“Sepah”ın livanlı “müxbir”i Suriyada həlak olub

2021.10.20, 07:36
“Sepah”ın livanlı “müxbir”i Suriyada həlak olub

Gunaz.tv
 GünAzTV: İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) məxsus “Fars” agentliyinin livanlı “müxbir”i Əla Nəcm Suriyada gedən döyüşlərdə həlak olub.

Yayılan məlumatlara görə, 21 yaşlı “Sepah”çı, Əla Nəcm bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində gedən döyüşlərdə ağır yaralandıqdan az sonra həlak olub. Onun meyitinin Livanda və ya İranda basdırılacağı açıqlanmayıb.

İran İslam Respublikası, Bəşər Əsəd rejiminin əsas müttəfiqlərindən biri sayılır. Son illər Əsədə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Suriya hökumətinə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar