SON XƏBƏRLƏR

Venesuela prezidenti Azərbaycanda rəsmi səfərdə olub

2021.10.20, 07:36
Venesuela prezidenti Azərbaycanda rəsmi səfərdə olub

Gunaz.tv
GünAz TV: Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro oktyabrın 22-də Azərbaycanda rəsmi səfərdə olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşılayıb.

Qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin Nikolas Maduro ilə məhdud tərkibdə görüşü olub. Görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub. Prezidentlərin Birgə Bəyanatını hər iki ölkə prezidenti imzalayıblar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasına rəsmi səfərini oktyabrın 22-də başa vurduqdan sonra İrana yola düşüb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar