SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan XİN-i ilə növbəti görüşümüz Hamburqda olacaq

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan XİN-i ilə növbəti görüşümüz Hamburqda olacaq

Gunaz.tv
GünAz TV: Dekabrda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupu həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş ola bilər.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik  bu gün Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə,  cari ilin dekabrın 8-də Hamburda ATƏT Xarici İşlər nazirləri Şurasının növbəti toplanıtısı keçiriləcək  və orada MQ həmsədrləri ilə görüşü istisna deyil. “Biz ATƏT XİN Şurasının Hamurqdakı icasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyə çalışacağıq. Ümumilikdə biz istənilən fürsətdən yararlanaraq bu kimi görüşlərdə iştirak etməyə çalışırıq”, – deyə o, söyləyib.

Bununla belə, amerikalı diplomat Azərbaycan və Ermənistan XİN başçılarının həmən toplantıda iştirakını istisna etməyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar