SON XƏBƏRLƏR

Türkiyə ilə İraq razılaşıb

2021.10.20, 07:36
Türkiyə ilə İraq razılaşıb

Gunaz.tv
GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə naziri Eşton Karter Mosul əməliyyatı ilə bağlı önəmli açıqlama verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri E. Karter Ankaraya səfəri çərçivəsində jurnalistlərlə danışıqda bildirib ki, Türkiyə və İraq arasında razılıq əldə olunub.

Onun sözlərinə görə, hər iki dövlətin rəhbərliyi İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazası və İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək üçün prinsipial razılığa gəlib: "Hazırda bir müqavilə var. Ancaq indi bunun mümkünlüyünü görüşürük və üzərində çalışırıq".

Qeyd edək ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarını terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edirdi. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirirdi.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar