SON XƏBƏRLƏR

İranda 3 nazir postuna yeni şəxslər təklif edilib

2021.10.20, 07:36
İranda 3 nazir postuna yeni şəxslər təklif edilib

Gunaz.tv
 GünAzTV: Bir neçə gün əvvəl İranda tutduğu vəzifədən istefa vermiş 3 nazirin yerinə yeni şəxslər təklif edilib. Bu barədə İran prezidentinin müşaviri Məhəmmədəli Nəcəfi oktyabrın 21-də jurnalistlərə açıqlamasında məlumat verib.

Məhəmmədəli Nəcəfi deyib ki, Rza Salehi Əmiri İslami İrşad və Mədəniyyət Nazirliyinə, Məsud Sultanifərd İdman və Gənclər Nazirliyinə, onun özü (Məhəmmədəli Nəcəfi) və Fəxrəddin Daneş Aştiyani isə Təlim-Tərbiyə Nazirliyinə təklif ediləcək. Nəcəfi bildirib ki, üç nazir postuna nəzərdə tutulan şəxslərin namizədliyi oktyabrın 23-də ölkə parlamentinə təklif ediləcək.

Oktyabrın 18-i və 19-da Ruhani hökumətinin 3 naziri, təlim-tərbiyə naziri Əli Əsğər Fani, islami irşad və mədəniyyət naziri Əli Cənnəti, eləcə də idman və gənclər naziri Mahmud Qudərzinin tutduğu vəzifədən istefa verib Bildirilib ki, üç nazirin istefası, həmin nazirliklərdə, eləcə də hökumətin fəaliyyətində işlərin daha səmərli aparılması məqsədilə edilib.

İran prezidenti Həsən Ruhaninin oktyabrın 19-da qəbul etdiyi qərara əsasən, istefa vermiş üç nazirin müavinləri, müvəqqəti olaraq onların vəzifələrini icra edəcək. Beləliklə də Ruhaninin ayrı-ayrılıqda imzaladığı fərmanı ilə Seyid Məhəmməd Bəthai, Təlim-Tərbiyyə Nazirliyinə, Seyid Abbas Salehi, İslami İrşad və Mədəniyyət Nazirliyinə, Seyid Nəsrullah Səccadi isə İdman və Gənclər Nazirliyinə başçı təyin edilib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar