SON XƏBƏRLƏR

İran rəsmisi: “İŞİD-in Kərkükdə keçirdiyi intihar əməliyyatında 4 İran vətəndaşı həlak olub, 4-ü isə yaralanıb”

2021.10.20, 07:36
İran rəsmisi: “İŞİD-in Kərkükdə keçirdiyi intihar əməliyyatında 4 İran vətəndaşı həlak olub, 4-ü isə yaralanıb”

Gunaz.tv
 GünAzTV: Oktyabrın 21-i sübh saatlarında İŞİD-in İraqın Kərkük şəhərində keçirdiyi intihar əməliyyatında ən azı 16 nəfər həlak olub, onlarla adam yaralanıb. Ölən və yaralananlardan 8-i İran vətəndaşlarıdır.

İranın Süleymaniyyə şəhərindəki baş konsulu Sədullah Məsudiyan, hadisədən az sonra jurnalistlərə açıqlamasında bildirib ki, Kərkükün yaxınlığında yerləşən bir elektrik stansiyasında baş verən terror hücumunda, həmin mərkəzdə mütəxəssis və fəhlə kimi işləyən 8 İran vətəndaşı ölüb və ya yaralanıb: “Hadisədə 4 İran vətəndaşı, Müsəyyib Qənbəri, Nemətullah Rzayi, Kuruş Qəvidel və Həsən Əbdülvənd həyatını itirib,  daha 4 vətəndaşımız, Vəhid Yavəri, Xıdır Şəfiyi, Əhməd Cahangirzadə və Əkbər Həsəni isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İntihar hücumundan sonra İraqın Neynəva və Kərkük əyalətlərində mütəxəssis və fəhlə kimi işləyən vətəndaşlarımız ölkəyə köçürülüb”.

Baş konsul bildirib ki, olayda ölən iranlıların meyitləri oktyabrın 23-də ölkəyə gətiriləcək.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar