SON XƏBƏRLƏR

Zəncanda türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır - GÖRÜNTÜ

2021.10.20, 07:36
Zəncanda türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır - GÖRÜNTÜ

Gunaz.tv
GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində fəaliyyət göstərən “Türk Dil Ocağı” türk dili və ədəbiyyatı üzrə payız  kursları təşkil edib.

2016-cı il payız mövsümü üçün nəzərdə tutulan kurslar Zəncanda fəaliyyət göstərən “Qızıl özən” və “İşraq” ədəbi dərnəklərinin əməkdaşlığı ilə keçiriləcək.

Bütün əhaliyə açıq olan siniflər (klas) həftədə 4 gün Zəncan şəhərinin İmam Mədəniyyət Mərkəzinin şeir otağında fəaliyyət göstərəcək.

Kitab oxuma, dil bilgisi, ədəbi tənqid, hekayə və şeir siniflərindən ibarət olan layihədə Məhəmməd Cavad Təğilu, Həbibulla Xudakərəmi və Əliəsğər Ocaqlu tədris edəcək.

Əlavə məlumat almaq üçün “Türk Dili Ocağı”nın İnstagram səhifəsində fars dilində yayılmış Bildirişə müraciət edə bilərsiniz:

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar