SON XƏBƏRLƏR

İtaliya-Fransa sərhədində qaçaq immiqrantlara qarşı əməliyyat keçirilib - VİDEO

2021.10.20, 07:36
İtaliya-Fransa sərhədində qaçaq immiqrantlara qarşı əməliyyat keçirilib - VİDEO

Gunaz.tv
GünAz TV: İtaliya polisi, İtaliyadan Fransaya keçməyə çalışan qaçaq immiqrantların tutulduğu əməliyyatın görüntülərini yayımlayıb. İmmiqrantların olduğu bir yük maşını, polis tərəfindən saxlanılıb.

Daha əvvəl insan qaçaqçılığından məhkumluğu olduğu öyrənilən yük maşının sürücüsü ilə maşındakı 17 immiqrant nəzarətə alınıb.

Balıq daşıyan yük maşınına mindirilən immiqrantlar nəfəs ala bilmədiklərini və boğulmaqdan qorxduqlarını ifadə ediblər. Aralarında biri, səfəri təşkil etməsi üçün yük maşınını onlara verən birinə 50 Avro ödədiklərini söyləyib. Bu cür əməliyyatlar, hadisənin yaşandığı Alpes-Maritaym bölgəsində tez-tez yaşanır.

Polis, sərhədə yaxın bu bölgədə təkcə bu ay, Fransaya keçməyə çalışan 1521 nəfərin tutulduğunu, 94 faizinin İtaliya torpaqlarındakı mühacir düşərgələrinə geri göndərildiyini söyləyir.

“Euronews”-un yaydığı məlumatı aşağıdakı Videodan izləyə bilərsiniz:

 https://www.youtube.com/watch?v=78kN9wQegXk

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar