SON XƏBƏRLƏR

Amerika hərbçisi Mosul şəhəri uğrunda gedən döyüşlərdə öldü

2021.10.20, 07:36
Amerika hərbçisi Mosul şəhəri uğrunda gedən döyüşlərdə öldü

Gunaz.tv
GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Şimali İraqda yerləşən Mosul şəhəri uğrunda gedən döyüşlərdə ilk itkisini verib.

Mediada yayıəlan məlumata görə, oktyabrın 20-də amerikalı hərbçi yolda yerləşdirilmiş əldəqayırma minaya düşərək həlak olub.

ABC News telekanalının məlumatına görə, bu Mosul uğrunda başlayan əməliyyatlarda həlak olan ilk, İŞİD qruplaşması ilə mübarizədə isə həyatını itirən dördüncü amerikalı hərbçidir.

Xatırladaq ki, Mosulun uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar