SON XƏBƏRLƏR

18 PKK terrorçusu öldürüldü

2021.10.20, 07:36
18 PKK terrorçusu öldürüldü

Gunaz.tv
GünAz TV: Türkiyə Hərbi Hava Qüvvələri İraqda PKK terror təşkilatının mövqelərinə növbəti dəfə zərbələr endirib.

Bombardıman nəticəsində Çukurcada 12, Avaşin Basyanda isə 6 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə kütləvi informasiya vasitələri məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı" antiterror əməliyyatının 59-cu günündə Suriyada terrorçu "PYD" və "YPG"nin və terrorçu İŞİD qruplaşmasının hədəflərinə də 46 zərbə endirib. Nəticədə İŞİD-in 40, PKK-çıların isə 6 hədəfi məhv edilib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar