SON XƏBƏRLƏR

Kərkükdə terror aktı törədilib, 16 nəfər ölüb

2021.10.20, 07:36
Kərkükdə terror aktı törədilib, 16 nəfər ölüb

Gunaz.tv
GünAz TV: İraqın şimalında yerləşən Kərkük bölgəsində törədilən terror aktı nəticəsində azı 16 nəfər ölüb.

"Al-Arabiyya" xəbər verir ki, iki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özlərini partladıblar.

Məlumata görə, onlar əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən özlərini partladıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına əsasən, bu ilin sentyabrında İraqda mindən çox insan zorakılığın qurbanı olub, 1100 nəfər isə xəsarət alıb. Report  

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar