SON XƏBƏRLƏR

Rəsmi Tehranın sözçüsü Türkiyə rəsmisinin İranın İraqdakı rolu barədə dediklərinə reaksiya verib

2021.10.20, 07:36
Rəsmi Tehranın sözçüsü Türkiyə rəsmisinin İranın İraqdakı rolu barədə dediklərinə reaksiya verib

Gunaz.tv
 GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi oktyabrın 21-də Türkiyə baş nazirinin müavini Numan Qurtulmuşun İranın bölgədə, o cümlədən də İraqda baş verən olaylardakı rolu barədə son bəyanatına kəskin reaksiya verib.

Bəhram Qasimi deyib ki, region ölkələri məntəqədə baş verən olaylarla bağlı bir-birini günahlandırmaq əvəzinə, yaxşısı budur ki, mövcud çaxnaşmalara son qoyulması istiqamətində hərəkət etsinlər: “İran İslam Respublikasının regional siyasəti yüksək islami və insani dəyər və təlimlərə əsaslanır. Bizim bölgədə yürüdüyümüz siyasi kursumuzda qonşularımızın, o cümlədən də müsəlman ölkələrin təhlükəsizliyi və onların sabitliyinin qorunub saxlanılması əsas prioritetlərdən biri sayılır. Sektaçılığın, etnikləri təhrik etməyin və dini ixtilafları qızışdırmağın İran İslam Respublikasının beynəlxalq və regional siyasətlərində yeri yoxdur. İran İslam Respublikasının bölgədəki mənəvi nüfuzu, onun qonşularının müstəqilliyinin və onların ərazi bütövlüyünün qorunub saxlanılmasına hörmət və ehtiramla yanaşmasına görədir. Bunu dərk etmək isə bəziləri üçün o qədər də çətin olmamalıdır. Hesab edirik ki, region ölkələri məntəqənin hazırkı həssas şəraitini dərk edərək mövcud axnaşmalara son qoyulması istiqamətində hərəkət etməli, bəyanat səsləndirməlidirlər”.

Xatırladaq ki, Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş, iki gün əvvəl jurnalistlərə açıqlamasında İranı İraqda qeyri konstruktiv rol oynamaqda və yaraqlanmış mülki şiələri sünnilərə qarşı təhrik etməkdə günahlandırıb: “İran, İraqın siyasi səhnəsində sektaçılığa rəvac verir, etnik və dini ixtilafları isə qızışdırır. Bu isə qəbuledilməzdir”.

Bunun ardınca Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin, İran Xarici İşlər Nazirliyinə çağırılaraq Ankara rəsmilərinin İranın bölgədə, o cümlədən də İraqda baş verən olaylarla bağlı oynadığı rolu barədə son bəyanatlarına etiraz bildirilib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar