SON XƏBƏRLƏR

12 ölkə səfirinin ailə üzvləri Urmu gölünə baxış keçirib

2021.10.20, 07:36
12 ölkə səfirinin ailə üzvləri Urmu gölünə baxış keçirib

Gunaz.tv
GünAz TV: 12 müxtəlif ölkə səfirlərinin həyat yoldaşları Urmu gölü böhranını yaxındam müşahidə etmək məqsədi ilə gölə baxış keçiriblər.

Bu barədə Mahabad (Soyuqbulaq) Ətraf-Mühit İdarəsinin rəisi “İlna” xəbər agentliyinin müxbirinə danışıb.

“12 xarici ölkə səfirlərinin həyat yoldaşları Urmu gölünə baxış keçiriblər. Çexiya (Çek) Respublikası, Çin, Malayziya, Hindistan, Özbəkistan və Nigeriya səfirlərinin həyat yoldaşları gölə baxış keçirənlərin arasında olub. Onlar oktyabrın 19-da Urmu Gölünü Canlandırma Mərkəzinin Beynəlxalq İşləri üzrə məsulu ilə birlikdə Urmu gölü və Mahabadın Berazan gölməçəsində olublar”- deyə o bildirib.

Gölə baxış keçirənlər “Mən Urmu gölüyəm” kampaniyasına qoşularaq gölün böhrandan qurtulmasına dəstək veriblər.

Qərbi Azərbaycan valisi isə gölə baxış keçirənlərə “Urmu gölünün beynəlxalq səfirləri” adı verərək bildirib ki, Urmu gölünün qurumasının nəticələri barədə məlumat  beynəlxalq aləmə çatdırılmalıdır.

Qeyd edək ki, uzun illər öncə başlayan Urmu gölü böhranı artıq pik həddə çatıb və göl birdəfəlik quruma təhlükəsi ilə üz-üzə qalıb. Bölgə əhalisi ilə yanaşı beynəlxalq ictimaiyyət də böhranın davam etməsindən narahat olduğu bir halda, İran rejimi hələ ki, böhranın qarşısını almağa tələsmir!.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar