SON XƏBƏRLƏR

İranda daha 1 nəfər dara çəklib

2021.10.20, 07:36
İranda daha 1 nəfər dara çəklib

Gunaz.tv
 GünAzTV: İranda narkotik maddələrin satışı və qaçqmalçılığında günahlandırılan daha bir adam edam edilib. Hadisə üç gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

Evli və bir uşaq atası olan 39 yaşlı müttəhim, Fərdin Süleymanpənah oktyabrın 18-i sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar