SON XƏBƏRLƏR

Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

2021.10.20, 07:36
Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Gunaz.tv
 GünAzTV: Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin, İran Xarici İşlər Nazirliyinə çağırılaraq Ankara rəsmilərinin İranın bölgədə, o cümlədən də İraqda baş verən olaylarla bağlı oynadığı dağıdıcı rolu barədə son bəyanatlarına etiraz bildirilib.

Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş, iki gün əvvəl jurnalistlərə açıqlamasında İranı İraqda qeyri konstruktiv rol oynamaqda və yaraqlanmış mülki şiələri sünnilərə qarşı təhrik etməkdə günahlandırıb: “İran, İraqın siyasi səhnəsində sektaçılığa rəvac verir, etnik və dini ixtilafları isə qızışdırır. Bu isə qəbuledilməzdir”.

İran Xarici İşlər Nazirliyində konkret nə vaxt və kimlər tərəfindən qarşılandığı açıqlanmayan Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekinə məsələ ilə bağlı kəskin etiraz notası verilib. Türkiyə səfiri isə İranın etirazını rəsmi Ankaraya çatdıracağına söz verib. Görüşdə aparılan söhbətlərin detalları mediaya açıqlanmayıb.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar