SON XƏBƏRLƏR

Türk ordusu PYD-yə qarşı genişmiqyaslı əməliyyata başladı- 200 ölü

2021.10.20, 07:36
Türk ordusu PYD-yə qarşı genişmiqyaslı əməliyyata başladı- 200 ölü

Gunaz.tv
GünAz TV: Türkiyə ordusunun döyüş təyyarələrinin Hələbin şimalındakı PYD hədəflərini bombardman etdiyi bildirilir.

Bombardman nəticəsində bir zirehli transportyor,  qərargah binası və sığınacaq daxil olmaqla 18 hədəfin məhv edildiyi bildirilir.

Türkiyə ordusunun Baş Qərargahından verilən açıqlamada “Fərat qalxanı” əməliyyatı çərçivəsində PKK terror təşkilatının Suriya qolu olan PYD-nin  160-200 arası üzvünün öldürüldüyü bildirilir.

“Fərat qalxanı” əməliyyatı çərçivəsində təşkil olunan hava hücumu zamanı PYD terror təşkilatı ünsürlərinin olduğu müəyyən olunan Maarat Umm Havş bölgəsində 18 hədəf məhv edilib. Avropa.info

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar