SON XƏBƏRLƏR

Mosul əməliyyatının üçüncü günü: İŞİD mövqelərindən geri çəkilir

2021.10.20, 07:36
Mosul əməliyyatının üçüncü günü: İŞİD mövqelərindən geri çəkilir

Gunaz.tv
GünAz TV: İraq ordusu Hamdaniyə rayon mərkəzini, eləcə də, əsasən xristianların yaşadığı Qaraquş yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Ordu Nemrud yaşayış məntəqəsini də azad edib. Lakin bundan sonra hücum dayandırılıb.  İŞİD-in terrorçu-komikadze hərəkətləri üzündən ordu Mosulun 30 kilometrliyindəki Hamdaniyədən geri çəkilməli olub.

Döyüşlər zamanı isə İŞİD üzvləri terrorçu komikadzelər vasitəsi ilə  vəziyyəti ələ almağa çalışır. Elə  Mosul əməliyyatında mühasirəyə alınan İŞİD terrorçusunun  özünü partlatması buna bariz nümunədir. Əməliyyatın üçüncü günündə İraq hərbçiləri və peşmərgələr terrorçuların qazdığı tunellə qarşılaşıb. Bu an tuneldən çıxan terrorçu hər tərəfdən atəşə tutulub. Sıxışdırılan İŞİD-çi atəşə cavab verə bilməyib . Başqa çarəsi qalmayan terrorçu üzərindəki partlayıcını işə salaraq intihar edib.

Əməliyyat zamanı öldürülən İŞİD  üzvlərinin əksəriyyəti yeniyetmələrdir. Terrorçular onlardan komikadze kimi istifadə edir.

İraqın baş nazirinin nümayəndəsi Səid əl-Hüdeysi bildirib ki, ordu Mosulun azad edilməsi əməliyyatında gözlənildiyindən daha sürətlə irəliləyir: Biz düz yoldayıq. İraq qüvvələri tezliklə Mosulu terrorçulardan təmizləməklə tarixi qələbə qazanacaq” deyə Hüdeysi bildirib.

Kəşfiyyat məlumatlarına görə, İŞİD terrorçuları beynəlxalq birliyin hava hücumlarından qorunmaq üçün dərin tunellər qazır. Əməliyyat başlayandan İŞİD-in azı 100 yüksək rütbəli nümayəndəsi Mosulu tərk edib və Suriya ərazisinə keçib. Mosul uğrunda döyüşlər zamanı neft quyularında yanğınlar başlayıb.

Xatırladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin yayından bəri İŞİD-in əlindədir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar