SON XƏBƏRLƏR

Yəməndə keçici atəşkəs qüvvədədir - VİDEO

2021.10.20, 07:36
Yəməndə keçici atəşkəs qüvvədədir - VİDEO

Gunaz.tv
 GünAz TV: Yəməndə 2014-cü ildən bu yana zidd düşən hökumət ilə radikal Husi üsyançıları arasında ötən gün razılaşdırılan 72 saatlıq atəşkəs tətbiq olunmağa başlayıb.

Tərəflərin dünən gecə yarısından etibarən dövrəyə girən razılaşmaya sadiq qalacağı təqdirdə ölkədə Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə atəşkəsin daimi olması hədəflənib.

BMT nümayəndələri, ayrıca 3 milyona yaxın adamın evlərini tərk etmək məcburiyyətində qaldığı ölkədə atəşkəsin insani yardımlar üçün əhəmiyyətini vurğulayır: "Atəşkəs müddətində uzun zamandır çata bilmədiyimiz bölgələrdəki ehtiyac sahiblərinə insani yardım çatdırmaq üçün əlimizdən gələni edə bilməyi ümid edirik. Məqsədimiz budur.".

BMT-də Yəmənin xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhməd, Yəməndə dövlət başçısı Abdurrabbu Mənsur əl-Hadi ilə İranın dəstəklədiyi Husilərin atəşkəs üçün uzlaşdığını bazar günü bəyan etmişdi.

Beynəlxalq cəmiyyət, Səudiyyə Ərəbistanı liderliyindəki beynəlxalq koalisiya qüvvələrinə aid təyyarələrin Sənada cənazə mərasimini hədəf alaraq 140 vətəndaşın ölümünə gətirib çıxarmasından sonra atəşkəs üçün tərəflər üzərində təzyiq artırmışdı.

Hadini dəstəkləyən Ərəb koalisiya qüvvələri, 2015-ci ilin martından bəri Husi hədəflərinə hava hücumları təşkil edir.

https://www.youtube.com/watch?v=C-ABJIPliak

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar