SON XƏBƏRLƏR

Minsk atəşkəsinin tətbiq olunması üçün yeni yol xəritəsi hazırlanır - VİDEO

2021.10.20, 07:36
Minsk atəşkəsinin tətbiq olunması üçün yeni yol xəritəsi hazırlanır - VİDEO

Gunaz.tv
GünAz TV: Rusiya və Ukrayna Minsk atəşkəsinin həyata keçirilməsi üçün noyabr ayının sonuna qədər bir yol xəritəsinin təyin olunması mövzusunda razılaşıb.

İki ölkənin liderləri bir il fasilədən sonra dünən Almaniya baş naziri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın vasitəçiliyilə Berlində bir araya gəliblər.

Beş saatlıq görüşdən sonra mətbuata danışan Ukrayna dövlət başçısı Petro Poroşenko, irəliləyiş əldə etmək üçün çalışdıqlarını söyləyib: "Müzakirələri bir yol xəritəsinə çeviririk. Bu eyni zamanda Minsk razılaşmasının tətbiq olunması və zəmanət altına alınması barəsində detalları ortaya qoyacaq".

Rusiyalı lider Vladimir Putin də dünənki yığıncaqda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) müşahidəçi polis gücünün bölgədə yerləşdirilməsi üçün razı olduqlarını qeyd edib: "Əsgərlərin çəkildiyi bölgədə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) missiyasının uzadılması üçün hazır olduğumuzu qeyd etdik".

Ukraynanın şərqində Rusiya yönlü separatçılarla Ukrayna ordusu arasındakı qarşıdurmalara son verilməsi və tərəflərin ağır silahları çəkməsini nəzərdə tutan Minsk razılaşması 2015-ci ildə imzalanmışdı. Lakin pozuntular səbəbiylə indiyə qədər planlaşdırıldığı şəkildə tətbiq olunması mümkün olmayıb.

https://www.youtube.com/watch?v=DcIu6aWVN44

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar