SON XƏBƏRLƏR

“Traxtur” klubu növbəti dəfə cəzalandırıldı / Əmir Qələnoi bir neçə oyunçuya xəbərdarlıq edib

2021.10.20, 07:36
“Traxtur” klubu növbəti dəfə cəzalandırıldı / Əmir Qələnoi bir neçə oyunçuya xəbərdarlıq edib

Gunaz.tv
GünAz TV: İran Futbol Federasiyasının İnzibati Komitəsi Təbrizin “Traxtur” və Tehran “Perspolis” komandalarının görüşü zamanı baş verən hadisələrlə bağlı hökm çıxarıb.

Super liqa yarışlarının 5-ci həftəsində Təbrizdə keçirilən görüş zamanı “Traxtur” Tərəfdarları Dərnəyinin məsulu Qılıcxani və digər komanda tərəfdarları ilə Tehrandan gələn bir neçə jurnalist və fotoqraf arasında müəyyən mübahisələr yaşanmışdır.

İnzibati Komitə artıq hadisənin araşdırıldığını və bununla bağlı qərar qəbul etdiyini elan edib. Qərara əsasən, “Traxtur” klubu 50 milyon rial cərimə ödəməyə məhkum edilib. Həmçinin İnzibati Komitənin çıxardığı qərara əsasən “Traxtur” Tərəfdarları Dərnəyinin məsulu iki görüşdə “Traxtur” komandasını müşayiət edə və stadiona daxil ola bilməyəcək.

Bu arada “Traxtur”un baş məşqçisi Əmir Qələnoi komanda oyunçularını məsuliyyətli olmağa çağırıb.

“Mən hər zaman komandanın yanında olan bir baş məşqçiyəm, bizimlə olanlar da məsuliyyətli olmalı və qaydalara uyğunlaşmalıdır. Əgər dostlarımız bizi lazımi şəkildə müşayiət etməsə, onları daha yaxşısı ilə əvəz edə bilərik. Mənim kimsə ilə zarafatım yoxdur, bizlə əməkdaşlıq edənlərin fikri və zehni komanda ilə olmalıdır”- deyə baş məşqçi oktyabrın 19-da keçirilən mətbuat konfransında  bildirib.

Ə.Qələnoi bir neçə oyunçuya artıq xəbərdarlıq etdiyini də diqqətə çatdırıb. ““Traxtur” komandası böyük və güclü komandadır, bu komandanı istədiyimiz şəraitdə saxlamağın xüsusi çətinlikləri var. Ona görə də, bir neçə oyunçuya xəbərdarlıq etmişəm. Onlar özlərini gücləndirə bilməsələr, mövsümün ikinci yarısında bizim komandada  olmayacaqlar”- deyə o vurğulayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar