SON XƏBƏRLƏR

M. Nobəxt: “3 nazirin istefasından sonra hökumətdə başqa hər hansı bir dəyişiklik edilməcək”

2021.10.20, 07:36
M. Nobəxt: “3 nazirin istefasından sonra hökumətdə başqa hər hansı bir dəyişiklik edilməcək”

Gunaz.tv
 GünAzTV: İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt oktyabrın 19-da jurnalistlərə açıqlamasında 3 nazirin istefasından və hökumət tərkibində başqa hər hansı bir dəyişiklik edilib-edilməyəcəyindən danışıb.

Oktyabrın 18-i və 19-da Ruhani hökumətinin 3 naziri, təlim-tərbiyə naziri Əli Əsğər Fani, islami irşad və mədəniyyət naziri Əli Cənnəti, eləcə də idman və gənclər naziri Mahmud Qudərzinin tutduğu vəzifələrdən istefa verməsi barədə ziddiyyətli məlumatlar yayılsa da, az sonra həmin xəbərlər öz təsdiqini tapıb. Bildirilib ki, üç nazirin istefası, həmin nazirliklərdə, eləcə də hökumətin fəaliyyətində işlərin daha səmərli aparılması məqsədilə edilib.

İran hökumətinin sözçüsü Məhəmmədbağır Nobəxt bildirib ki, istefalar, ölkənin icraiyyə işlərini yaxşılaşdırmaq, daha səmərəli istiqamətdə aparmaq məqsədilə edilib: “Bu üç nazirin istefasından sonra hökumət tərkibində hələlik başqa hər hansı bir dəyişiklik gözlənilmir. Prezident Ruhani isə yaxın günlərdə istefa vermiş həmin üç nazirin yerinə nəzərdə tutduğu şəxsləri ölkə parlamentinə təklif edəcək”.

Bildirilir ki, İran prezidenti Həsən Ruhaninin oktyabrın 19-u, axşam saatlarında qəbul etdiyi qərara əsasən, istefa vermiş üç nazirin müavinləri, müvəqqəti olaraq onların vəzifələrini icra edəcək. Beləliklə də Ruhaninin ayrı-ayrılıqda imzaladığı fərmanı ilə Seyid Məhəmməd Bəthai, Təlim-Tərbiyyə Nazirliyinə, Seyid Abbas Salehi, İslami İrşad və Mədəniyyət Nazirliyinə, Seyid Nəsrullah Səccadi isə İdman və Gənclər Nazirliyinə başçı təyin edilib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar