SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda nikahların 24 faizi boşanma ilə nəticələnir

2021.10.20, 07:36
Şərqi Azərbaycanda nikahların 24 faizi boşanma ilə nəticələnir

Gunaz.tv
GünAz TV: “Şərqi Azərbaycanda nikahların 24 faizi boşanma ilə nəticələnir”. Bunu Şərqi Azərbaycan Valiliyinin İctimai Məsələlər Bölümünün rəisi oktyabrın 19-da qadınlar və ailə mövzusunda keçirilən iclasda deyib.

“Son aylarda ölkədə 5 məsələ əsas problem kimi qəbul olunub, onlar narkomaniya (mötadlıq), şəhər həndəvərində qanunsuz olaraq məskunlaşmaq, boşanma, rüşvətxorluq və əxlaqsızlıqdan ibarətdir. Daxili İşlər Nazirliyinin xəbərdarlığına əsasən bütün rəsmi orqanlar qeyd olunan problemlərlə mübarizədə xüsusi tədbirlərə əl atmalıdır. Onlar bu istiqamətdə adi və gündəlik işləri həyata keçirməklə kifayətlənməməlidir”- deyə Sərdar Həsən Ustvar Azər qeyd edib.

O çıxışının davamında ailələrin dağılması və boşanma məsələsinə də toxunub. “Təssüflər olsun ki, son statistik məumat Şərqi Azərbaycan Vilayətində nikahların 24 faizinin boşanma ilə nəticələndiyini göstərir. Bu problem Təbriz şəhərində daha ciddidir, başqa sözlə desək vilayətin digər şəhərləri bu məsələdə Təbrizin üzünü ağardıb”- deyə Şərqi Azərbaycan Valiliyinin rəsmisi əlavə edib.

Qeyd edək ki, İranda yoxsulluq amili ilə əlaqədar olan ictimai məsələlər getdikdə ciddi problemə çevrilir. Boşanma hallarının artması işsizliyin hökm sürdüyü Güney Azərbaycan vilayətlərində də açıq şəkildə gözə çarpır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar