SON XƏBƏRLƏR

İranda daha 10 nəfər edam edilib

2021.10.20, 07:36
İranda daha 10 nəfər edam edilib

Gunaz.tv
 GünAzTV: İranda narkotik maddələrin qaçqmalçılığında günahlandırılan ən azı 10 nəfər edam edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, ölümə məhkum edilən müttəhimlər, oktyabrın 19-u sübh saatlarında İranın Kərəc şəhərinin Qızılhasar zindanında dara çəkilib. Edam edilənlərdən 9-unun adlarını müəyyənləşdirmək mümkün olub: Həmid Babayi, Peyman Səbəlan, Qulam Pirzadə, Həmid Nəzəri, Abbas Kərəmi, Gəncəli Çİkkəzadə Giravənd, Əmin Səbzi, Zəncani soyadlı bir məhbus və soyadı bilinməyən Xəşayar adlı müttəhim.

Edam edilənlər, oktyabrın 17-də daha 8 məhbusla birlikdə ölüm hökmünün icrasına hazırlıq məqsədilə Qızılhasar həbsxanasının ümumi korpusundan təkadamlıq kameralara köçürülmüş, oktyabrın 18-də isə onların öz valideynləri və ailə üzvləri ilə son görüşünə icazə verilmişdi. Bildirildiyinə görə, vida görüşündə son dərəcə ağır və gərgin anlar yaşanmışdı.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar