SON XƏBƏRLƏR

İranın Ankaradakı səfirliyi: “İranlılar Türkiyəyə lazımsız səfərlərdən imtina etsinlər”

2021.10.20, 07:36
İranın Ankaradakı səfirliyi: “İranlılar Türkiyəyə lazımsız səfərlərdən imtina etsinlər”

Gunaz.tv
 GünAzTV: İranın Ankaradakı səfirliyi oktyabrın 19-da bəyanat yayaraq Türkiyəyə səfər edən İran vətəndaşlarına xəbərdarlıq edib.

Bəyanatda bildirilir ki, iranlılar Türkiyəyə qeyri-zəruri səfərlərdən imtina etməli və ya bu ölkədə olarkən əhalinin sıx toplaşdığı həssas məkanlara getməkdən çəkinməlidir: “Türkiyə təhlükəsiazlik təşkilatının və Ankara ostandarlığının mediada yaydığı xəbərdarlıqlarına əsasən, ölkənin bəzi həssas məkanlarında terror aktlarının törədilə bilməsi ehtimalı var. Həmçinin həmin məkanlarda əhalinin toplaşmasına qadağa qoyularaq fövqəladə vəziyyət elan edilib.  Məhz bu xəbərdarlıqları nəzərə alaraq iranlılardan istəyirik ki, imkan daxilində Türkiyəyə lazımsız səfərlərdən vaz keçsinlər, yaxud bu ölkədə olarkən Türkiyə təhlükəsizlik rəsmilərinin xəbərdarlıqlarına diqqət yetirərək əhalinin sıx toplaşdığı məkanlara getməkdən imtina etsinlər”.

Xatırladaq ki, son aylar, Türkiyənin bir sıra şəhərlərində, o cümlədən də İstanbulda törədilən bir sıra terror aktlarında onlarla insan həlak olub. Ölənlər arasında İran vətəndaşları da var.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar