SON XƏBƏRLƏR

Azərbaycanlı ata oğluna türk adı vermək üçün 5 il mübarizə aparıb - İranda

2021.10.20, 07:36
Azərbaycanlı ata oğluna türk adı vermək üçün 5 il mübarizə aparıb - İranda

Gunaz.tv
GünAz TV: İranda qeyri-fars millətləri, xüsisi ilə də türklərə  qarşı asimilasyon siyasəti tətbiq edən rejim, müxtəlif bəhanələrlə uşaqlara türk adları qoymağa mane olur.

Məlumata görə, Qərbi Azərbaycan Vilayətinin Makı şəhərində bir azərbaycanlı ata oğluna “Oğuz” adı vermək üçün bu şəhərin Qeydiyyat İdarəsinə müraciət edib, lakin idarənin rəisi “Oğuz”un yabancı ad olduğunu iddia edərək uşağa vəsiqə (şinasnamə) verməkdən imtina edib. İdarə rəisi uşaqlara yabancı adların verilməsinin qadağan olduğunu bildirərək Mərkəzi Qeydiyyat İdarəsinin  hazırladığı adlar siyahını azərbaycanlı ataya göstərib və ona yeni adlar təklif edib. Bütün bunlara qane olmayan ata məhkəmə və digər səlahiyyətli orqanlara müraciət edib və nəhayət ki, 5 ildən sonra oğluna “Oğuz” adı ilə vəsiqə alıb.

Bununla da 2011-ci il avqustun 24-də dünyaya göz açan “Oğuz” 2016-cı ildə vəsiqə sahibi olub.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar