SON XƏBƏRLƏR

“Traxur” klubu “Fulad”ı Təbrizdə qəbul edəcək

2021.10.20, 07:36
“Traxur” klubu “Fulad”ı Təbrizdə qəbul edəcək

Gunaz.tv
GünAz TV: Təbrizin “Traxtur” futbol komandası növbəti görüşə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 9-cü həftəsində “Traxtur” Xuzistanın “Fulad” komandası ilə qarşılaşacaq.

Görüş oktyabrın 20-i yerli vaxtla saat 15:00-da Təbrizdə “Traxtur”un xüsusi stadionunda başlayacaq.

“Traxtur”-“Fulad” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Bundan öncə bu oyunun səhənd stadionunda keçiriləcəyi barədə məlumat yayılmışdır. Lakin bir müddətdir təmir işlərinə görə qapılarını futbolsevərlərin üzünə bağlayan səhənd stadionun meydançasında işlər yekunlaşmadığı üçün, oyunun “Traxtur”un xüsusi stadionunda keçirilməsinə qərar verilib. Səhənd stadionunun super liqa yarışlarının 12-ci həftəsindən sonra istifadəyə veriləcəyi bildirilir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar