SON XƏBƏRLƏR

İranda 17-yə yaxın məhbusun edamdan əvvəl ailə üzvləri ilə son görüşü keçirilib

2021.10.20, 07:36
İranda 17-yə yaxın məhbusun edamdan əvvəl ailə üzvləri ilə son görüşü keçirilib

Gunaz.tv
 GünAzTV: İranda narkotik maddələrin qaçqmalçılığında günahlandırılaraq edama məhkum edilən 17-yə yaxın müttəhimin edamdan əvvəl ailə üzvləri ilə son görüşü keçirilib.

İranın Kərəc şəhərinin Qızılhasar zindanında saxlanılan məhbuslar, oktyabrın 17-də ölüm hökmünün icrasına hazırlıq məqsədilə həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülmüşdü.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, yaxın saatlarda və ya günlərdə dara çəkiləcəyi gözlənilən müttəhimlərin valideynləri və digər ailə üzvləri oktyabrın 18-də Qızılhasar həbsxanasına çağırılıb və onların öz övladları ilə son görüşünə icazə verilib. Vida görüşün son dərəcə ağır və gərgin anlarında keçirildiyi bildirilir. Yaxın saatlarda dar ağacından asılacağı gözlənilən məhbuslardan bəzilərinin adları mediaya açıqlanıb: Həmid Sabir, Həmid Babai, Peyman Səbəlan, Qulam Pirzadə, Həmid Nəzəri, Abbas Kərəmi, Gəncəli Çikkəzadə Giravənd və Zəncani soyadlı bir müttəhim.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar