SON XƏBƏRLƏR

Ərdəbildə “Tərh-i No” qəzetinə etiraz edənlərdən 7-i irəli sürülən ittihamladan bəraət qazanıb

2021.10.20, 07:36
Ərdəbildə “Tərh-i No” qəzetinə etiraz edənlərdən 7-i irəli sürülən ittihamladan bəraət qazanıb

Gunaz.tv
GünAz TV: Ərdəbil İnqilab Məhkəməsi “Tərh-i No” qəzətində türk millətinin təhqir edilməsinə qarşı keçirilən aksiyalar zamanı saxlanılan 7 fəal haqda bəraət hökmü çıxarıb.

Hökmə əsasən ərdəbilli fəallar Məhəmməd Colani, Ədib Şəfiq, Əhməd Məhəmmədpur, Hüseyn Balaxani, Seyid Ramin Seyidəhmədi, Əli Xəlilzadə və Əli Məhərrəmi ittihamlarla bağlı dəlillərin yetərli olmadığı səbəbindən Ərdəbil İnqilab Məhkəməsinin 12-ci Şöbəsində bütün ittihamlardan bəraət qazanıblar. Hökmdə ittihamlardan bəraət qazanan fəalların təqib edilməsinə qadağa qoyulub.

Adını çəkdiyimiz fəallar “Tərh-i No” qəzetinə qarşı etiraz aksiyaları başlamadan öncə 2016-cı il iyulun 28-də Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bir müddət sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Xatırladaq ki, iyulun 20-də “Tərh-i No” qəzeti Firdovsinin “Şahnamə” əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim etmişdir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar