SON XƏBƏRLƏR

Mosulda son vəziyyət

2021.10.20, 07:36
Mosulda son vəziyyət

Gunaz.tv
GünAz TV: İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani bildirib ki, kürd silahlıları Naynava əyalətinin Hamdaniyə şəhərinə doğru irəliləyir. Tezliklə Mosul və Güvəri birləşdirən yolun nəzarətə götürülməsi planlaşdırılır.

Məhz bu səbəbdən Mosulu itirmək qorxusu yaşayan terrorçular müxtəlif yollara əl atırlar. Elə  İŞİD-in terrorçu intihari üzvü də hərbi konvoya hücüm edib. Hadisə Bilavet kəndi ərazisində baş verib.  komikadze zirehli otomobillər yoldan keçərkən özünü partladıb. Hadisə nəticəsində İraq ordusunun 70-ə yaxın  hərbçisi həlak olub.

Məsələ ilə bağlı Pentaqonun mətbuat katibi Piter Kuk Mosul yaxınlığında İŞİD teror qruplaşmasının 5 minə yaxın silahlısı olduğunu bildirib. O bölgədə gedən hərbi əməliyyatın iri miqyaslı olacağını və Mosulun böyük şəhər olduğunu nəzərə alaraq hərbi əməliyyatların uzun müddət davam edəcəyini vurğulayıb.

Şəhəri azad etməyə hazırlaşan İraq ordusundan ehtiyatlanan İŞİD üzvləri bütün sənədlərini yandırıb, İraqı tərk etməyə və Suriya ərazisinə keçməyə başlayıblar. Son məlumata görə, onlar Rakka şəhərində toplaşmağa başlayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) isə xəbərdarlıq edib ki, yaxın 5-6 gün ərzində dinc əhali kütləvi şəkildə yerini dəyişə bilər. BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı Filippo Qrandi Mosuldakı hərbi əməliyyatın,  100 min iraqlının  Türkiyə və Suriya ərazisinə keçməsinə səbəb ola biləcəyini söyləyib. YUNİSEF isə hesab edir ki, Mosulun azad edilməsi əməliyyatı zamanı 500 mindən artıq uşaq və böyük təhlükə ilə üzləşəcək.

Xatırladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin yayından bəri İŞİD-in əlindədir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar